Trampdan müəmmalı sözlər: “Virus vaksinsiz yox olacaq, gələn həftə…”/Video

ABŞ Prezidenti Donald Tramp yaxın zamanlarda ölkə daxilində səfərlərə başlayacağını bəyan edib.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, o bu barədə Ağ Evdə iqtisadiyyatın canlandırılmasına həsr olunmuş yığıncaqda jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Həftələrdir koronavirus səbəbilə Ağ Evdən kənara addım atmadığını qeyd edən dövlət başçısı gələn həftə Arizonaya, daha sonra Ohayo ştatına gedəcəyini bildirib.

Koronavirusa qarşı vaksin axtarışlarına Donald Trampın münasibəti belə olub: “Virus yox olarsa, bəlkə də vaksinə ehtiyac qalmadı. Təbii, vaksin tapılsa çox gözəl olar”.

“Virusun vaksin olmadan özü-özünə yox olacağınımı düşünürsüz” sualına cavabda ABŞ prezidenti deyib ki, virus gedəcək, günlərin birində aradan çıxacaq, ortadan yox olacaq.

67 baxılıb
mersin escort