Tarixin ən böyük iqtisadi böhranı qapıda – Dünyanı qorxuya salan GƏLƏCƏK

ABŞ iqtisadiyyatı koronavirus pandemiyasının başlanmasından sonra uçuruma doğru yuvarlanmaqdadır.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, “The Wall Street Journel” avtomobil, turizm və əyləncə sektoru ilə yanaşı, son dövrlər inkişaf edən səhiyyə sektorunun da iflasa uğrayacağını yazıb.

ABŞ-ın milli borcu tarixdə ilk dəfə olaraq 24 trilyon dolları keçib. Tramp hökuməti son dörd ildə milli borcu 4 trilyon artırıb. Bu borc Mərkəzi Bankın (FED) pul kəsmə proqramını başlatmasından bir neçə həftə sonra açıqlandı.

ABŞ-da işsizliyin 13 faizə qədər artacağı gözlənilir. Ölkədə şirkətlər ardarda iflaslarını elan edirlər. Ümumilikdə isə COVİD-19 pandemiyasının dünyaya 5,5 trilyon dollar ziyan vuracağı proqnozlaşdırılır. Mütəxəssislər dünya tarixinin ən böyük iqtisadi böhranının qapıda olduğunu açıqlayırlar.

Share: