ABŞ hərbçiləri İraqı nə zaman tam tərk edəcək?

Bağdad və Vaşinqton bu ilin iyun ayında ABŞ hərbçilərinin bu ölkədən tam çıxarılması qrafikini müzakirə edəcəklər.

Müstəqil.Az  xəbər verir ki, bu barədə İraq ordusunun baş komandanının rəsmi nümayəndəsi general Əbdül Kərim Xələf məlumat verib.

“Bağdad və Vaşinqton iyun ayında baş tutacaq danışıqlarda ABŞ hərbçilərinin İraqdan tam çıxarılması qrafikini müzakirə edəcək”, – deyə general bildirib.

Onun sözlərinə görə, ABŞ qoşunları İraqı tərk etdikdən sonra da Birləşmiş Ştatlarla təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşlıq dayandırılmayacaq. Amerikalı mütəxəssislər yerli hərbçilərin hazırlığında iştirak edəcəklər.

Müstəqil.Az

Share: