Bakıda dəhşətli qəza: ölən və yaralananlar var

Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Müstəqil.Az  Report-a istinadən xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.

Belə ki, rayon ərazisində “Hunday” markalı minik avtomobili ilə “Ford” markalı yük maşını toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb. Ölən şəxsin “Hunday” markalı avtomobilin sürücüsü olduğu bildirilir.

Qəza zamanı eləcə də “Ford”un Əli adlı (soyadı dəqiqləşdirilir-red) sürücüsü, habelə 17 yaşlı Qaçayev Sahil Rahil oğlu, 40 yaşlı Aleksandr Bıkovski müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. S.Qaçayevə sol bud sümüyünün sınığı, A.Bıkovskiyə qapali kəllə-beyin travması diaqnozları qoyulub. Məlumata görə, hadisə nəticəsində “Ford”un sürücüsünün ayaqları sınıb.

Şahidlərin sözlərinə görə, qəzaya “Hyunday” markalı avtomobilin əks tərəfə – qarşıdan gələn yük maşınının yoluna çıxması səbəb olub.

Müstəqil.Az

Share: