Bakıda qoçuluq: sürücünü buna görə söyüb-döydü – Video

Bakıda bir sürücünün özbaşınalığını əks etdirən görüntü yayılıb.

Müstəqil.Az xəbər verir ki, hadisənin görüntüsünü sürücülərdən biri Avrosfer.az-a göndərib.

Hadisə isə bu gün – aprelin 26-da Qaraçuxur qəsəbəsi, Zığ-Mədən yolunda baş verib. Müəyyən edilən maksimal sürət həddi ilə hərəkət edən avtomobilə arxadan yaxınlaşan “Mersedes” markalı 99 RZ 878 qeydiyyat nişanlı avtomobilin sürücüsü ondan yol istəyib. Qarşıdakı sürücü isə müəyyən edilən maksimal sürətlə getdiyini bildirib və yol verməyib.

Bundan əsəbiləşən “Mersedes”in sürücüsü təhlükəli halda onu keçərək qarşısını kəsib. Daha sonra avtomobildən düşüb, sürücünün yanına gələrək onu nalayiq söyüşlərlə söyüb və döyüb.

Görüntünü qeydə alan sürücü bu barədə DİN-in 102 qaynar xəttinə şikayət edib.

Müstəqil.Az

Share: