“Mətbuat tarixi və publisistika məsələləri”nin ikinci cildi çap olunub

 

“Mətbuat tarixi və publisistika məsələləri”nin ikinci cildi çap olunub

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən “Mətbuat tarixi və publisistika məsələləri”nin ikinci cildi nəşr edilib.

“Mətbuat tarixi və publisistika məsələləri”nin ikinci cildi Ədəbiyyat İnstitutunun Elmi Şurasının 23 yanvar  2020-ci il tarixli, 1 saylı qərarı ilə çap olunub.

Nəşrin elmi redaktoru və ön sözün müəllifi Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Kitab akademik İsa Həbibbəylinin “Ədəbiyyatın inkişafında mətbuat faktoru” adlı yazısı ilə açılır.

“Ecoprint” nəşriyyatında çap olunan, 168 səhifədən ibarət kitabın tərtib edəni Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Vüqar Əhməddir. Rəyçilər isə filologiya elmləri doktoru, professor Cahangir Məmmədli və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevadır.

Məqalələr toplusunda institut və şöbənin elmi əməkdaşlarından Vüqar Əhmədin “Ədəbiyyat qəzeti”ndə publisistika”, Elçin Mehrəliyevin “Azərbaycan”ın bayramı Azərbaycan ədəbiyyatında bayramdır”, Elmira Qasımovanın “Hacı Səlim Səyyahın gizlin imzaları”, Rauf  Sadıxovun “Hacı İbrahim Qasımovun bədii yaradıcılığı”, Gülbəniz Babayevanın “Satirik poeziyada işlədilən  klassik şeir şəkilləri (“Molla Nəsrəddin” jurnalı əsasında)”, Loğman Rəşidzadənin “Əli İldırımoğlunun publisistikası”, Səadət Vahabovanın “Sarıqamış uğursuzluğu, rus və erməni genosidinin Ömər Faiq publisistikasında şərhi”, Dilbər Rzayevanın “Gəncəli Səbahının publisistikası”, Gülnar Qasımlının “Vilayət Quliyevin “Atatürk və Əhməd Ağaoğlu” kitabı”, Təhminə Vəliyevanın “Əhməd bəy Ağaoğlunun memuar irsində mövzu və problematika”  kimi məqalələri yer almışdır.

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Share: