“Koroğlu” da dilənən qadın

Koronovirus təhlükəsindən qurtarmaq üçün atılan addımlar tədqirəlayiq haldır. Bir çox müəsisələrin müvəqqəti olsa da işləməməsi, həkimlərimizin fədəkarlığı, polislərimizin sayıqlığı və sair bu bəladan çox az itki ilə ötüşməyimizə əsas verir.

Ölkə başçısının da dəfələrlə xalqa müraciəti, aztəminatlı ailələrə olunan yardımlar, işsizlərə birdəfəlik maddi yardımlar olunması, xeyriyyəçi insanlarımızın bu ağır gündə kasıb təbəqənin yanında olması da dediyimizə əsas verir, xalqımız birlikdə bu bəladan qurtulmaq istəyir. Deyildiyi kimi, Biz birlikdə güclüyük.

Əfsus ki, son günlərin qadağalarına məhəl qoymayanlar da yetərincədir. Belələri aşkarlandıqca cərimə olunmaqla yanaşı, onlarla praflaktik işlər aparlır və maarifləndirilir.
Təəssüf ki, bəzən qayda pozuntusuna biganə yanaşılan hallara da təsadüf olunur.

Elə bu gün, Müstəqil.Az-ın müxbiri belə bir hadisənin şahidi olub; Koroglu metrostansiyasinin qarşısında, H. Əliyev prospektində korontinin tələblərinə uyğun olaraq yoxlaması zamanı  yaranan maşın tıxacından sui-istifadə edən  dilənci heç bir maneyə və qadağa ilə üzləşmir, özünün sevimli peşəsi ilə məşğul olur.

Müxbirimiz  bir suala aidiyyatı orqanlardan cavab istəyir? Görəsən, bu dilənçi  smslə hansı icazə formasından istifadə edib və polislərimiz nəyə görə bu dilənçiyə dilənməsinə görə irad bildirməyib? Axı dilənçi qadın nə əlcəkdən, nə də maskadan yaralanmamışdı…

Müstəqil.Az

Share: