Bakı Hövsan Limanında bərpa işlərinə start verildi – Fotolar

Yenidən fəaliyyətə başlayan Bakı Hövsan Limanında genişmiqyaslı bərpa-tikinti işlərinə start verilib.

Müstəqil.Az “Qafqazinfo” – ya istinadən xəbər verir ki, 12 noyabr 1956-cı ildə balıqçılıq məhsullarının emalı və istehsalı ilə əlaqədar yaradılan liman uzun müddət fəaliyyətini dayandırmışdı. 12 iyul 2019-cu ildə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC kimi yenidən fəaliyyətə başladıqdan sonra yeni struktur, sərhəd, kömrük postları yaradılıb və mütəxəssis kadrlar cəlb olunmağa başlanıb.

Qısa zamanda beynəlxalq əməkdaşlıq fəaliyyətinə başlamaq üçün 22 oktyabr 2019-cu il tarixində liman “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının üzvü sırasına qatılıb. Eyni zamanda limanda genişmiqyaslı yenidənqurma və bərpa tikinti işlərinə start verilib. Dəmir yolu xətləri bərpa edilib, anbarların dam örtükləri tamamilə yenilənib.

Yükləmə işlərinin aparılması məqsədi ilə yeni bunker inşa edilib. Liman körpüləri təmir olunaraq gəmilərin istifadəsinə verilib. “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin öz texniki bazasında olan texnikalar tam təmir olunub və yeni texnikalar alınıb. Beynəlxalq statuslu limana aid bütün sənədlər hazırlanıb.

Qeyd edək ki, limanın Baş direktoru Rəşad Daşdəmirovdur.

Müstəqil.Az

Share: