Ölkəmizdə korona ilə bağlı yeni müalicə metodu… – Video

Azərbaycanda COVID-19 xəstələri üçün nəzərdə tutulmuş kök hüceyrə kimi alternativ müalicə metodları Səhiyyə Nazirliyinin və TƏBİB-in müvafiq qurumlarının icazəsi ilə sınaqdan keçirilə bilər.

Müstəqil.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb.

Sənəddə qeyd edilir ki, COVID-19 pozitiv klinik simptomları olan və ağciyərlərində kompüter tomoqrafiya ilə bilateral infiltrasiyası görülən KRDS (Kəskin Respirator Distress Sindrom) hallarında immun plazma tətbiqi Səhiyyə Nazirliyinin və TƏBİB-in müvafiq qurumlarının icazəsi ilə tətbiq oluna bilər.

Sənəddə bildirilir ki, pnevmaniya əlamətinə rast gəlinmədiyi və ya başqa bir səbəblə göstərişin olmadığı təqdirdə, bu xəstələrdə antibiotik müalicəsinin əlavə edilməsinə ehtiyac yoxdur.

Share: