AŞ Bakı məhkəməsinin bu qərarlarını alqışladı

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycan Respublikasının Ali Məhkəməsinin İlqar Məmmədov və Rəsul Cəfərova bəraət verilməsinə dair çıxardığı qərarları alqışlayıb.

Müstəqil.Az  Report-a istinadən xəbər verir ki, Avropa Şurasının baş katibi bununla bağlı bəyanat yayıb.

“İlqar Məmmədovun və Rəsul Cəfərovun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən bəraət alması alqışlanmalıdır”, – bəyanatda qeyd olunub.

M.Peyçinoviç-Buriç bu qərarların məhkəmə qərarlarının icrasına nəzarət kontekstində Komitə tərəfindən nəzərə alınacağını bildirib.

Baş katib Avropa Şurasının Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu da vurğulayıb.

Müstəqil.Az

Share: