Murad Dadaşov onları “Xəzər”ə gətirdi

Xalq artisti Murad Dadaşov rəhbər vəzifəyə təyin edildiyi Xəzər TV-də dəyişikliklərə davam edir.

Müstəqil.Az axşam.az-a istinadən xəbər verir ki, Dadaşov bu aralar kanala yeni aparıcılar cəlb etməklə məşğuldur.

Aktyor Elşən Orucovun ardından aparıcı Tural Əsədov da “Xəzər”ə gəlib. Onun maraqlı bir axşam şousu ilə efirdə görünəcəyi bildirilir.

M.Dadaşovun telekanala dəvət etdiyi digər aparıcılar isə Günay Malikqızı və Günay Novruzqızıdır. Hər iki xanım səhər proqramı ilə tamaşaçıların qarşısına çıxacaqlar.

Artıq verilişlər üçün yeni studiyalar da hazırlanıb.

Share: