Yaxın gələcəkdə baş verə biləcək iqlim fəlakəti bəşəriyyəti kütləşdirəcək

ABŞ-ın Boulder şəhərində yerləşən Kolorado universitetinin alimləri belə bir qənaətə gəliblər ki, gələcəkdə karbon qazının konsentrasiyasının yüksəlməsi insanlarda intellektin və mürəkkəb strateji düşüncə qabiliyyətinin zəifləməsinə gətirib çıxaracaq.

“Lenta.ru” xəbər verir ki, bu istiqamətdə aparılan araşdırmaların nəticələri “GeoHealth” jurnalında dərc edilib.

Cari yüzilliyin sonlarında insanlar kəskin artan karbon dioksidinin təsirinə məruz qalacaqlar.

Bu səbəbdən, qanda həll olunan karbon qazının miqdarı artacaq, beyinə gedən oksigen isə azalacaq.

Nəticədə, insanlarda süstlük və tədirginlik artacaq, koqnitiv bacarıqlar isə zəifləyəcək.

Share: