İnsanlar ev heyvanlarını koronavirusa yoluxdura bilər

Rusiyalı mütəxəssis Konstantin Savenkov insanların ev heyvanlarını koronavirusa yoluxdura bildiyini qeyd edib.

“Belçika, Honkonq və ABŞ-da xəstə insanlarla təmasda olan bir sıra it, pişik və pələng koronavirusa yoluxub”, – deyə K.Savenkov bildirib.

“TASS” xəbər verir ki, onun sözlərinə görə, bundan sonra isə pişik və gəlincik kimi ev heyvanları başqa heyvanları yoluxdurur.

“Aparılan araşdırmalar onu göstərir ki, pişiklər və gəlinciklər bu xəstəliyə daha tez yoluxur. İtlər isə koronavirusa qarşı olduqca dözümlüdürlər”, – deyə mütəxəssis əlavə edib.

O, həmçinin qeyd edib ki, insanların ev heyvanlarından koronavirusa yoluxma halı təsbit edilməyib.

Share: