Müəllimə şagirdləri ilə tanınmış film ulduzlarına bənzəyən uşaqlardan ibarət video rolik hazırladı – MARAQLI

Son aylar yer kürəsini zəpt edən qlobal pandemiya ilə əlaqədar olaraq karantin günlərini evdə keçirən uşaqlar və onların müəllimləri ruhdan düşmədən dərslərlə məşğul olmağa, maraqlı ideyalar həyata keçirməyə davam edirlər…

Buna  “Azərbaycan ritmləri” mahnı və rəqs ansamblının rəhbəri Kəmalə Rəcəbovanın reallaşdırdığı maraqlı ideyanı misal göstərmək olar.

Kəmalə xanım öz şagirdləri ilə birlikdə Azərbaycanın tanınmış kino ulduzlarına bənzəyən uşaqlardan ibarət video rolik hazırlayıb.Uşaqların valideynləri də böyük dəstək olaraq bu ideyanı həvəslə həyata keçirməyə ona köməklik göstəriblər.

Kəmalə xanımın dediyinə görə bu ideya uşaqların Azərbaycan fimlərini daha da yaxından tanımasına və karantin günlərində filmlərimizi böyük maraqla izləməsinə səbəb olacaqdır.

Müstəqil.Az “Evdə qal,evdə yarat” kompaniyasına bu maraqlı ideya ilə qoşulan Kəmalə xanıma və yaradıcı uşaqlara uğurlar arzulayaraq videonu təqdim edir:

 

 

Aysel Səfərli

Müstəqil.Az

Share: