Azərbaycan dənizçiləri aldadılaraq Mavritaniya İslam Respublikasına aparılıb

Müstəqil.Az-a Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyindən verilən məlumata görə dörd nəfər Azərbaycan dənizçisi bir neçə dələduz tərəfindən işlə təmin olunma adı ilə aldadılaraq Mavritaniya İslam Respublikasının Nadibu şəhərinə aparılmışdır. Hal-hazırda köməksiz və maliyəsiz qalan dənizçiləriizin vəziyyəti pis olaraq qalmaqdadır.

DHM İB onu da bildirir ki, aşağada adı çəkilən dənizçilər aldadılaraq köməksiz vəziyyətə düşmələri haqda Azərbaycan Dənizçilərin İctimai birliyinə mürciət edib.

1.Kapitan Abdullayev Rövşən Rafiq oğlu
2.Baş mexanik Mikayılov Mikayıl Səfər oğlu

3.Kap.növb.köm.Əsgərov Arif Hüseyn oğlu
4.Kap. Baş.köm. Əliyev Fərəc Mövlan oğlu

 

Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai BirliyiAzərbaycan Dənizçiləri ictimai baş vermiş xoşagəlməz hal hadisə haqda Azərbaycan hökumətinə və əlaqədar təşkilatlarla bərabər dənizçilərimizin nəzərinizə çatdırır ki, yuxarıda adları qeyd olunan dənizçilər bir neçə dələduz tərəfindən işlə təmin olunma adı ilə aldadılaraq Mavritaniya İslam Respublikasının Nadibu şəhərinə aparılmışdır.

Dənizçilərimiz hal-hazırda orda çox pis vəziyyətdədirlər. Onların vətənə qayıtmaları üçün maliyə və siyasi dəstək lazımdır.

Əziz dənizçilər gəlin həmkarlarımızın taleyinə biganə yanaşmayaq, onlara dəstək olaq. Bu hadisə hamımızın başına gələ bilərdi. Biz birlikdə güclüyük. İnanıram ki, tez bir müddətdə maddi vəsait toplanacaq və dənizçilərimiz vətənə dönəcəklər. Hər birinizə öncədən təşəkkürlər.

Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi (DHM İB) və “Azərbaycan Dənizçilər” ictimai birliyi olaraq bu məsələni diqqət mərkəzində saxlayacağıq.

Müstəqil.Az

Denizxeber.az

Share: