Etüd – Xatirə RƏHİMBƏYLİ

(Hekayə)

Zalımın balası…Keçi can hayındadı,qəssab piy axtarır.Elə məhzun-məhzun baxır ki,adamın ürəyinin başı göynəyir.Yazıq neyləsin,yəqin xoşuna gəlmişəm də…Elə mənalı baxışları var ki…Elə özü də pis deyil,bir az əyni-başı köhnədir.Geyinib-kecinsə…

Eh,elə öz əyn-başım da tökülüb…Yazıq qız…məni Həsənin kraskalı paltarında görəndən bəri də lap mehribanlaşıb. Başıma iş açdım də…Səlimə kimsə deyib ki,guya mən usta işləyirəm .Dünən kəsdirib qapımı ki,pulumu qaytar.Deyir işləmirdin, istəməyə utanırdım. Qar-daş,indi ki,ALLAHa şükür,işləyirsən,xozeyinlə danış,bəribaşdan al haqqını, ver pulumu,gedib kasıbkarlığımın dalıyca.Ha dedim ə,Vallah pərdədi ey bu paltar,təzəsi yoxumdu,Həsənin iş paltarın geyindim, o qızdan utanıram,neyniyim.İnanmır zalım oğlu,elə bilir aLdadıram. Ə, məndən usta olar? Lap belə tutalım ki ustayam,hanı iş gördürən var? Həsən demişdi gəl yanımda hərlən görək nə olur …
Yaman pis oldu Səlimlə ağızlaşmağın.İmansız oğlu imansız…Eh,bir də onun nə günahı?Yazıq mayasını verib mənə,qalıb məəttəl.Zəmanənin üzü qara olsun …Özümə söydüm ki,sabah pulu qaytaracağam.Haradan alacağam?Düz deyiblər,acıqlı başda ağıl olmaz….
Zalımın qızı..elə bilir,Ala qayada bostan uradı.Ta demir mən boyda kişi iki qarış yarımlıq Səlimi görəndə siçan deşiyini satın alıram.Taa bir də hərlənmərəm oralara,yazıqdır…Elə məhzun görkəmi var ki…Yaxına getmərəm,uzaqdan baxıb qayıdaram.Çalışaram məni görməsin,yazıqdı…Ehh..şTa mən də darıxıram ondan ötrü..Onu görəndə hər şey bir anlığayadımdan çıxır,ürəyim genişlənir…Bədbəxtin balası,sevməyə adam tapıb…Uşaqdı də..ALLAHın altında imkanım olaydı…Eh,elı baxır elə bil bu dəqiqə ağlayacaq.Səlimin borcunu birtəhər üzsəydim,çalışıb əlimə maya salardım…
Vallah zəmanə namərd zəmanəsidir.Səlimə bax ey,deyir,ə,maa nə varey,get beləoğurluq elə,ev yar,adam öldür,özün bilərsən neylə.Pulumu ver…Qüdrətgil də qəsdən borc vermirlər,könüllərindən keçir ki,qızlarını alım .Qız özü də andırır ki,məni alanın bəxtəvər başına,hər şeyim var,belə nişanlıma maşın da alacam….Sən alarsan,sonra da nişanlının canını alarsan,ehhh…
Namazın oğlu da o gün gəlib ki,pul qazanmaq istəyirsən?Deyirəm,hə.Deyir,toxum verim ,at bağınıza,sizin bağ şəllikdir,heç kimin ağlına gəlməz.Şəkəri-zadı da mənlikdir.Tutulsan,cəriməni də mən ödəyərəm,Köpəyoğlu,kişisən,cərimə verəcəyin pulu bəribaşdan ver mənə,əlimdə maya eəyim,sonra da dədənə rəhmət oxuya-oxuya qaytarım da…Tfuu,nədi əə bu…Qovub-qovub namərd edəcəklər məni!..
Zalım balası…Yadımdan çıxmır heç dolu gözləri…Ehhh,adam tapıb sevməyə…Hmm,yəqin fikirləşir ki,içmir,çəkmir,əlində də sənəti.Moskvaya-zada da getmir…Taa nə lazımdı?Taa demir ki…
Oyy,Səlim…Pahooo,nə pis oldu…Gördü məni görəsən?Keçim avtobusun arxasına…Zalım balası…sevə bilərsən indi məni?!Gör nə qaçıram iki qarış yarımlıq Səlimdən…Sev görüm indi məni…
–Qıjjj!!!Tarakkk!!!Oyyy!!!
Ay ALLLAH eyyy…Bıyy,tifağın dağılsın ,vurdu eyybədbəxti.Bıyyy,anan ölsün,öldümü görən bədbəxtin balası…
…Mənə nə olub?Bu camaat niyə qışqırır?Mən niyə uzanmışam?Kimdi başımı qucaqlayan?Ah,nə yaman qaranlıqdı…Gözlərimi niyə aça bilmirəm?Əllərim hanı?Əllərim aça bilərmi gözlərimi?Bayy,Səlim???Gözləri yaşarıb ,ağlayırNə bulanıqdı göz yaşları…Nə bulandırıb bu göz yaşlarını?İndi deyə,lazım deyil ,qardaş
əhalal xoşun olsun,öldürməyəcəyəm ha səni dünya malından ötrü.Aha,nəsə deyir deyəsən…Nədeyir görəsən?Ah,dünya niyə qaranlıqlaşıb?!!
İLAHİ,zalımların qəlbinə rəhm duyğusu qoy.Etdikləri zülmə görə bu duyğu onları cəzalandıracaq.

Share: