Sabir Rüstəmxanlı Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Müstəqil.Az bildirir ki, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı “Pasxa bayramı” münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

Təbrikdə deyilir:
“Bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün milli azlıqları, o cümlədən pravoslav xristianlar ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, Azərbaycan dövlətinin inkişafında fəallıq nümayiş etdirirlər. Azərbaycan vətəndaşı adını layiqincə təmsil edən ölkəmizdə yaşayan provaslav xritian icması üzvlərini Pasxa bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Pasxa bayramı böyük tarixi köklərə malikdir. Yəhudilərin Misirdən getməsi, xristianların isə İsa peyğəmbərin yenidən dirilməsi ilə əlaqədar olaraq qeyd edilən Pasxa bayramı insanlar üçün gələcəyə inamla baxmaq kimi bir əhəmiyyət kəsb edir. Pasxa həyatın zəfərini, yaxşılığını və sevgisini təcəssüm etdirən böyük mənəvi əhəmiyyətə malikdir. O insanlarda inam, ümid yaradır, yaxşı işlər görməyə, yaxınlarına kömək etməyə həvəsləndirir. İnsanları əbədi mənəvi dəyərlər və ideallar ətrafında birləşdirir. Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir. Qoy bu bayram dünyamızın çətin günlərində insanlara sevinc, ailələrə xeyir-bərəkət gətirsin.
Bir daha sizləri təbrik edirəm. Bayramınız mübarək olsun!”.

Müstəqil.Az

Share: