“Deyirlər çöldə günəş titrəyir,sevgilər yoluxucudur axı…”-Eldar İsmayıloğlu

***
Sən demə,
kəpənək ümidinə qalan susuz bir çiçəkmiş adam,
güvəndiyin anı birnəfəsə yaşamırsansa,
ən yaxın tənhalıq da bir ağac səndən yaxındı sevdiklərinə.
Tavanda bir az donmuş zaman, pəncərədə yatıb qalmış payız halsızlığı ,
Balıq nəfəsini iməkləyən çarpayımın əluzunluğu və
çılpaq otağımın döşəməyə sərilmiş sükut həyasızlığı….
Hər gün əllərinin dibinə su tök,
nə şüşədəki yağış darıxsın ,nə yağışdakı ürəyin.
Akvarium gözlərindəki qayığın sahildə gözləyəni var axı …
Darıxmaq bir yana ,
nədəndi son zamanlar güzgüdəki şəkillər balıqlar təki ölür…
Qocalırsansa,
demək xatirələrin can üstədi………..
Adamlar ağac ola bilmədilər,
Qucaq ola bilmədilər,
Ocaq ola bilmədilər
əlləri ancaq qan istədi
Açın pəncərələrinizi,ürəyinizə baxın…
Deyirlər çöldə günəş titrəyir,sevgilər yoluxucudur axı….
Eldar İsmayıloğlu
Müstəqil.Az
Share: