ABŞ vətəndaşlarını aparmaqdan imtina edən ölkələri hədələdi – Sanksiyalar gözlənilir

Öz vətəndaşlarının ABŞ-dan geri qaytarılmasını əngəlləyən və ya təxirə salan ölkələrə qarşı sanksiyalar tətbiq oluna bilər.

RİA “Novosti” Ağ Evin mətbuat xidmətinə istinadən məlumat verir ki, belə bir sərəncamı cümə günü ABŞ Prezidenti Donald Tramp imzalayıb.

Sənədə əsasən, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri belə bir pozuntular haqqında Dövlət katibinə məlumat verməlidir. Dövlət Departamentinin başçısı yeddi gün ərzində ölkələrə qarşı məhdudiyyətlərin tətbiq edilməsi barədə qərar qəbul etməlidir.

İlk növbədə, söhbət viza sanksiyalarından gedə bilər.

Share: