Türkiyə 48 saatlıq qadağa qərarından sonra – Fotolar

Xəbər verdiyimiz kimi, Türkiyənin 31 əyaləti, eləcə də Ankara və İstanbulda bu gündən etibarən iki gün küçəyə çıxmaq qadağan edilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qadağa səhər saatlarından İstanbulda hiss edilməyə başlayıb. İstanbulda yolların boş olması kameralar tərəfindən görüntülənib.

Eyni zamanda, İstanbulda maşınların sıx hərəkət etdiyi Fatih Sultan Mehmet körpüsü havadan da çəkilib. Fotolarda körpüdən az sayda avtomobillərin keçdiyi məlum olub.

Taksim və Kadıköy meydanı da qadağadan sonra boş qalıb.

 













Share: