Mənsimovun səhhəti pisləşdi – Rəsmi açıqlama

Azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun rəhbəri, hazırda həbsdə olan Mübariz Mənsimov səhhəti ilə əlaqədar hər gün xəstəxanaya aparılır.

Müstəqil.az xəbər verir ki, bu barədə Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva məlumat paylaşıb. O bildirib ki, qaraciyərində böyümə olduğuna görə qəbul etdiyi dərmanlar artıq Mənsimova təsir etmir.
“Səhhəti normal deyil. Bu səbəbdən vəkilləri ilə də əlaqə saxlaya bilmir”, – deyə, F.Quliyeva qeyd edib.
Qeyd edək ki, Mübariz Mənsimovun evində və ofisində İstanbul polisi 15 martda axtarış aparmış və milyarder saxlanılmışdı. 17 martda isə İstanbul Məhkəməsi Mübariz Mənsimov haqda istintaq müddətində həbs qərarı verdi.
M.Mənsimov FETÖ ilə işbirliyində ittiham edilir.
Azərbaycanlı milyarder ittihamı rədd edərək, buna qarşı ölüm aclığına başlamışdı. Hazırda o, aclıq aksiyasını dayandırıb.
Tural B.
 
Share: