Kadırov bu dəyişikliyi Putinlə müzakirə etmədiyini dedi

Çeçenistanla İnquşetiya arasındakı sərhəd xəttinin dəyişdirilməsi ilə bağlı məsələni heç vaxt Putinlə müzakirə etməmişəm.

Müstəqil.Az xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov deyib.

“Mən bu məsələni prezidentin Şimali Qafqaz Federal Vilayətinin rəhbərindən başqa heç kimlə müzakirə etməmişəm. Kreml və Putinlə bir dəfə də olsun sərhəd haqqında danışmamışam və heç kimdən yardım xahiş etməmişəm. Mən İnquşetiya hökumətinin və nümayəndələrinin dediyi kimi etdim. Bütün danışıqların və razılaşmaların şahidi İnquşetiyanın keçmiş rəhbəri Yunus Bek Yevkurovdur. Başa düşün ki, biz vahid tarixi olan xalqıq. Biz qardaş olaraq qalırıq”, – deyə o bildirib.

İlkin Mete

Share: