Sənət adamları İlham Əliyevə müraciət etdi

Bir qrup insəsənət xadimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türkiyədə həbs olunmuş Palmali Şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun azad olunması ilə bağlı xahiç-müraciət ünvanlayıb.
Müstəqil. Az həmin müraciəti olduğu kimiyayınlayır:

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
DÜNYA AZƏRBAYCANLILARININ LİDERİ
MÖHTƏRƏM İLHAM ƏLİYEV CƏNABLARINA

Azərbaycanın bir qrup incəsənət xadimi adından

MÜRACİƏT
Cənab Prezident!

Biz Sizin siyasət, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdəki uğurlu addımlarınızı izləyir, Sizinlə qürur duyuruq!

Bu Vətən Sizin kimi başcısı olduqca heç vaxt məğlub olmayacaq! Çünki Siz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu keçmisiniz.

Möhtərəm Prezident!

Həmyerlimiz Palmali Şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov yaşadığı və biznesini qurduğu Türkiyədə hüquq muhafizə orqanları tərəfindən saxlanılmışdir. Bildiyiniz kimi Mübariz Mənsimov gəmilərinə Azərbaycanın tarixi şəxsiyyətlərinin adını verməklə ölkəmizi bütün dünyada təbliğ edir. O, Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət edən, imkansız Azərbaycan və Türkiyə vətəndaşlarına köməklik göstərən soydaşımızdır. Hal- hazirda səhhətində ciddi problemlər olan Mubariz Mənsimov məhbəsdə cətin duruma duşub.

Möhtərəm Prezident, Turkiye Cumhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğan sizin, eyni zamanda Azərbaycan xalqının yaxın dostudur. Bu səbəbdən Sizdən xahiş edirik ki, öz nüfuzunuzdan yararlanaraq Mənsimovun azad olunmasına kömək edəsiniz. Sizə inamımız və güvənimiz sonsuzdur!
Tanrı Azərbaycanı qorusun!
Hörmətlə :
1.Canəli Əkbərov, xalq artisti
2.Brilliant Dadashova, xalq artisti
3.Aygün Kazımova, xalq artisti
4.Niyaməddin Musayev, xalq artisti
5.Ramiz NovruzŞ , xalq artisti
6.Nurəddin Mehdixanlı, xalq artisti
7.Hacı İsmayilov, xalq artisti
8.Ağadadaş Agayev, xalq artisti
9.Tunzale Agayeva, xalq  artist
10.Nergiz Celilova, əməkdar artist
11.Baloğlan Əşrəfov, əməkdar artisti
Müstəqil.Az
Share: