Balaca , istedadlı şair Emin Bayramlı…

Bayramlı Emin Elşad oğlu 07 mart, 2010- cu ildə Bakı şəhəri, Yasamal rayonunda anadan olub. Hal hazırda Salyan rayon Həsən Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbin 4 a sinif şagirdidir. Dərslərində fəal olmaqla yanaşı xüsusi istedada malik olan Emin ədəbiyyata marağı daha çox olduğundan şeir yazmaq qabiliyyəti ilə də seçilir.

Şeirləri bir çox qəzet, jurnallardda və “Günəşin Nuru” antologiyalarında dərc olunub.

Bir çox tədbir və kitab təqdimatlarına dəvət alan Emin öz yaşına görə kifayət qədər tanınır.

Başda Türkiyə olmaqla bəzi ölkələrə dəvətlər alıb.

Tez-tez öz evində Eminlə birgə veriliş hazırlayıb həmyaşıdlarını qonaq çağırıb önəmli mövzular haqda danışılır.

Dəfələrlə oxuduğu məktəbdə direktor Ramil Zeynalov tərəfindən diplom və fəxri fərmanlarla təltif olunub.

Bütün bunlar YouTube və Facebook səhifəsində yerləşdirilib.

Dünyanın qlobal pandemiya ilə mübarizə apardığı günlərdə EMİN də dərslərindən geri qalmamaq üçün durmadan çalışır və bütün həmyaşıdlarını da evdə qalıb təhsildən geri qalmamağa səsləyir.

Bu balaca istedadlı şairə yaradıclıq uğurları,dərslərində müvəffəqiyyət ,ölkəmizin adının bütün dünyada ucalara qaldırmağı arzulayırıq…

 

Müstəqil.Az

La imagen puede contener: 2 personas, personas sentadas

Share: