İspaniyada koronavirusdan ölüm halları azalır

İspaniyada koronavirusdan bir gündə 528 nəfər ölüb.

“İnterfaks” xəbər verir ki, bu, martın 24-dən bəri ən aşağı göstəricidir.

COVID-19-dan ölkədə, ümumilikdə, 13 169 nəfərin öldüyü, 40 437 xəstənin sağalaraq evlərinə göndərildiyi bildirilir.

Gün ərzində ölkədə virusa 3 386 yoluxma faktı aşkar edilib.

Bununla da, yoluxanların ümumi sayı 135 032 nəfərə çatıb.

“Pandemiyanın yayılması, demək olar ki, bütün bölgələrdə azalır”, – deyə, təcili tibbi yardım koordinasiya mərkəzinin mətbuat katibi Maria Xose Sierra açıqlayıb.

44 baxılıb
mersin escort