Ölkə tamamilə terrorçulardan təmizləndi – Rəsmi təsdiqləndi

Çad hökuməti ölkənin Boko Haram terror təşkilatından tamamilə təmizləndiyini açıqlayıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə Çad Hökumətinin sözçüsü Oumar Yaya Hissein xarici mətbuata açıqlamasında deyib.

O bildirib ki, “Bohoma qəzabı” əməliyyatı çərçivəsində Çad torpaqlarında bir dənə də olsun Boko Haram üzvü qalmayıb.

Sözçü əməliyyatla bağlı ətraflı məlumatı yaxın zamanda açıqlayacağını bildirib.

Digər tərəfdən, Prezident Administrasiyasından verilən məlumata görə, Çad gölünün ölkəyə aid hissəsindəki adalar da tamamilə terrorçulardan təmizlənib.

Samir S.

Share: