Akopyan: Bir gün oyanacağıq ki, Qarabağ Azərbaycandadır – Video

Ermənistan vətəndaşları fəlakətə hazırlaşmalıdır.

Müstəqil.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin eks-deputatı Miqran Akopyan deyib.

“Böhran vulqar populistin rəhbərlik etdiyi patoloji yalançıların hakimiyyəti ələ keçirdikləri zaman baş verdi. Biz 17 yaşlı bakirə kimi aldadıldıq. O zaman böhran idi, indi isə fəlakətin prelüdü oynanılır. Sabah isə əsl fəlakət gələcək. Yekunda elə oldu ki, biz bir gün yuxudan qalxdıq və bildik ki, Paşinyan rejimi mülki aviasiyanı məhv edib. Bəlkə də sabah yuxudan oyananda öyrənəcəyik ki, ölkədə ümumiyyətlə buğda, benzin yoxdur, bankomatlar pul vermirlər, Qarabağ isə Azərbaycandadır”, – deyə o bildirib.

İLkin Mete

Share: