Ölkə ziyalıları adından Mübariz Mənsimovun azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət…

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
DÜNYA AZƏRBAYCANLILARININ LİDERİ
MÖHTƏRƏM İLHAM ƏLİYEV CƏNABLARINA
Azərbaycanın bir qrup ziyalıları adından
MÜRACİƏT :
Cənab Prezident ! Biz Azərbaycan ziyalıları olaraq Sizin siyasət , iqtisadiyyat , mədəniyyət , idman və digər sahələrdəki uğurlu addımlarınızı izləyir , qərarlarınızı dəstəkləyir , alqışlayır və Sizinlə qürur duyuruq ! Nüfuzlu beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinə nail olmağınızı , neft sektorundan başqa turizm , kənd təsərrüfatı və digər sahələri inkişaf etdirməyinizi görməzdən gəlmək nankorluq olardı.Xüsusilə Sizin siyasi arenada gördüyünüz işlər , Münhendə Paşinyanla söz duelindəki qalibiyyətiniz biz ziyalıların Sizə -dövlət başçımıza olan sevgini , inamı və qürur hissini ən yüksək səviyyəyə qaldırdı . Siz Milli Qəhrəmanlarımız Mübariz İbrahimovun , Çingiz Qurbanovun və onların silahdaşı igid Fərid Əhmədovun cəsədini xain düşməndən alanda da , Ramil Səfərovun həbsdən azad edilməsinə nail olanda da biz böyük iftixar hissi keçirib bir daha əmin olduq ki , bu Vətən Sizin kimi başcısı olduqca heç vaxt məğlub olmayacaq ! Bu , belə də olmalı idi.Çünki Siz siyasi meydanlara böyük və ali bir məktəb olan Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu keçərək bu məktəbin layiqli nümayəndəsi kimi məğrur addımlarla gəlmisiniz.
Möhtərəm Prezident ! Son günlər Azərbaycanın daha bir tanınmış oğlu dünya şöhrətli iş adamı , Palmali Şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov yaşadığı və biznesini qurduğu Türkiyədə hüquq muhafizə orqanları tərəfindən saxlanılmışdir. Ona FETÖ-çü damğası vurulmaqla terror təşkilatına yardım etməkdə təqsirli hesab edirlər . Mübariz Mənsimov daim ehtiyacda olanlara , xəstələrə , kimsəsizlərə , darda qalanlara , məzlumlara yardım etmişdir. Yüzlərlə imkansız tələbə məhz onun himayəsi altında təhsil alir. El arasında ona ,, əsrin Hacı Zeynalabdin Tağıyevi ” deyilməsi də təsadüfü deyildir – Mübariz Mənsimov bu adı Allah və bəndə yanında sevilən xeyirxah əməllərinə və sonsuz səxavətinə görə almışdır . Şirkətlərində minlərlə türk və azərbaycanlı işləyir , ailəsinə çörək aparır . Məntiqə sığası deyildir ki , M.Mənsimov ikinci vətəni hesab etidyi qardaş Türkiyə dövlətinin əsaslarını sarsıda biləcək düşüncə və əməllərin sahibidir. O , Türkiyə – Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət etməyi özünə şərəf bilən , imkansız Azərbaycan və Türkiyə vətəndaşlarına köməklik göstərən soydaşımızdır və bununla bağlı kifayət qədər faktlar mövcuddur . Belə bir adamın FETÖ kimi şər qüvvələrlə necə işi ola bilər ? Aydındır ki , burda bir yalnışlıq var və o yalnışlıq səbəbindən bu gün bu xeyirsevər adam dəmir barmaqlıqlar arxasındadır . Hər zaman kasıbın , köməksizin yanında olan , çətin vəziyyətə düşmüş insanlara yardım əlini uzadan adamın bu gün köməksiz durumda olması bütün Azərbaycanı , onu sevən milyonları məyus etmişdir .
Möhtərəm Prezident , heç kimə sirr deyildir ki , Türkiyə Cümhuriyyətinin Başqanı sayın Rəcəb Tayyib Ərdoğan sizinlə yaxın dostdur , eyni zamanda Azərbaycanın da yaxın dostudur . Bu səbəbdən biz , burda imzası olan bir qrup ziyalı Sizdən xahiş edirik ki , Mübariz Mənsimovun həbsi ilə bağlı əlaqədar öz nüfuzunuzdan yararlanaraq sayın Ərdoğandan onun azad olunmasını istəyəsiniz . Dünya olaraq çətin günlərdən keçirik . Hamı əzizlərindən , doğmalarından narahatdır . Mübarizin də himayəsində 4 övladı və onun həbs olunmasından hələ də xəbəri olmayan qoca valideynləri var . Biz Sizdən bunu həm də Heydər Əliyev kimi bir Atadan , Zərifə xanım kimi bir Anadan tərbiyə , öyüd , nəsihət alan , mənəvi dəyərlərə hörmət edən bir Oğul kimi xahiş edirik ! İnanırıq ki , Siz şəxsən bu məsələ ilə məşğul olsanız , mütləq həllini tapacaq .
Sizə inamımız və güvənimiz sonsuzdur !Allaha əmanət olun ! Tanrı Azərbaycanı qorusun !
Hörmətlə :
1. Xatirə Xatun , filoloq , şair-qəzəlxan , AYB və İraq-Türkmən YB-nin üzvü ,
2.Ceyran Həsənova , müəllim , Qabaqcıl təhsil işçisi və “İlin ən yaxşı müəllimi ” mükafatçısı ,
3.Elşən Qafarov , ictimai fəal , tarixçi , təhsil üzrə araşdırmaçı mütəxəssis,
4.İldırım Şükürzadə , müəllim , tədqiqatçı-tarixçi , Qabaqcıl təhsil işçisi ,
5.Rövşən Ağayev , Əməkdar müəllim ,
6. Hacı Allahverən Nəzərov , təqaüddə olan müəllim ,
7. Malik Balaşov , müəllim , müxbir,
8.Zemfira Vəliyeva , filologiya elmləri doktoru , professor , Slavyan Universitetində dekan ,
9. Aysel Xanlarqızı Səfərli , filoloq , şair , AYB-nin üzvü ,
10. Yədulla Ağazadə , filologiya üzrə fəlsəfə doktoru , professor ,
11.Aynur Heydərova , coğrafiya üzrə fəlsəfə doktoru ,
12.Nurəddin Ədiloğlu , jurnalist , yazıçı -publisist , AYB-nin üzvü ,
13.Etibar Cəbrayıloğlu , jurnalist ,
14.Malik Cəbiyev , həkim , şair ,
15.Şahmurad Şahmarbəyli , müəllim , yazıçı , AYB-nin üzvü ,
16.Aslan Salmansoy , filoloq ,
17.Yaşar Qurbanov , müəllim , jurnalist , Azərbaycan Jurnalistlər Birliyinin və İraq-Türkmən YB-nin üzvü , “Qızıl qələm ” mükafatçısı ,
18.Səfa Rəşid Hüseynov , tarixçi , şair ,
19. Cəbrayıl Şıxəliyev , Əməkdar müəllim , ” Tərəqqi ” medalı mükafatçısı ,
20. Maqsud Mərdiyev , müəllim , Qarabağ müharibəsinin veteranı ,
21.Əbülfət Pələngov , Qabaqcıl təhsil işçisi , AJB-nin üzvü , professor,
22.Qafar Cəfərli , hüquqşqnas , şair , ehtiyatda olan mayor , AYB-nin üzvü , Qarabağ müharibəsi veteranı ,
23.Xasay Fəttayev , ədliyyə mayoru ,
24.Leyla Məcidova , tarix üzrə fəlsəfə doktoru , baş müəllim ,
25. Səməd Fətullayev , iqtisadçı ,
26. Əmrulla Şirvanov , hüquqşünas ,
27.Hikmət Ağayev , ehtiyatda olan “Azərbaycan bayrağı ” ordenli polkovnik ,
28.Vüqar Axundov , mühəndis ,
29. Məhəmməd Məmmədov , İctimai Nəzarət CRK-nin sədri , KİV region Az.TV-də baş redaktor ,
30. Sakitə Qulamova , müəllim ,
31.Ramazan Hüseynov , Rusiyanın Kamçatka diyarındakı Azəri İctimai Təşkilatının sədri ,
32. İlhamə Müslümova , həkim ,
33. Bəyim Seyidova , hüquqşünas ,
34. Təbrizə Pünhan , müəllim , Qabaqcıl təhsil işçisi , məktəb direktoru , şair , AYB-nin üzvü , “Qızıl qələm ” mükafatı laureatı ,
35.Aqşin Mistanlı , tədqiqatçı-tarixçi ,
36. Şəhla İsgəndərova , mədəniyyət işçisi , müğənni ,
37.Ramin Qurbanov , hüquqşünas,
38.Təzəxan Əsgərov , müəllim , Qarabağ müharibəsi veteranı ,
39.İltifat Əhmədov , jurnalist ,
40.Mahirə Nəriman qızı Mahi , şair , yazıçı , AYB-nin üzvü , Prezident mükafatçısı ,
41.Tosif Babayev , psixologiya elmləri namizədi , dosent ,
42.Cəfər Fətullayev , ssenarist , Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü ,
43.Məlahət Abdullayeva , pedaqogika üzrə fəlsəfə doktoru , ADPU-nun dosenti ,
44.Anar Süleymanov , hərbçi ,
45. Famil Məmmədov , dənizçi ,
46.Sərraf Mehdiyev , aqronom ,
47.Şərafəddin İlkin , şair-publisist , AYB-nin üzvü , “Orta təhsil” jurnalının baş redaktoru ,
48.İradə Kərimova , müəllim,
49.İqbal Nəhmət , şair ,
50. Tofiq Eminov , ehtiyatda olan zabit , mayor ,
51. Əfrayıl Fərziyev , QHT ,
52. Fikrət Bəşirov , müharibə veteranı ,
53. Vaqif Alxasov , müəllim ,
54. Zakir Həsənov , müəllim ,
55. Afa Əzizova , müəllim ,
56. Vasif Cəfərov , müəllim ,
57.Elnarə Əliyeva , müəllim,
58.Ramazan Quliyev , sahibkar ,
59. Namiq Bağışov , müəllim, Qarabağ müharibəsinin veteranı ,
60 . Nailə Əsgərova , müəllim ,
61. Aynur Qafarova , tibb işçisi ,
62. Şəhla Cabbarova , müəllim ,
63. Aybəniz Quluzadə , müəllim ,
64. Gülqız Adilova , müəllim ,
65. Tünzalə Amanova , müəllim ,
66. Ziyafət Bayramova , müəllim ,
67. Muxtar Fərəcov , ehtiyatda olan zabit ,
68.Əzizağa Fərzullayev , ehtiyatda olan zabit ,
69. Nicat Əlizadə , müəllim ,
70.Elşad Şəfəqqətov , müəllim ,
71. Afaq İsgəndərzadə , müəllim ,
72. Vaqif Mütəllimov , müəllim ,
73. Məlahət Məmmədova , tibb işçisi ,
74.Fərzulla Quliyev , texnik-texnoloq ,
75. Mais İbrahimov , iqtisadçı ,
76. Rahilə Qasımova , müəllim ,
77. Zahirə Məmmədova , müəllim ,
78. Həmidə Cəfərova , müəllim ,
79.Esmira İsmayılova , jurnalist ,
80. Elxan Hüseynov , müəllim ,
81.Ramiz Əsədov , ehtiyatda olan zabit ,
82. Sücəddin Miriyev , müəllim ,
83. İmran Şıxəliyev , müəllim ,
84. Sübhan Bağırov , mühəndis ,
85. Mirhaşım Ağayev , təqaüdçü ,
86.İbrahim Nəsirli , müəllim ,
87. Nüşabə Baxşıyeva , müəllim ,
88. Sevinc Fərzullayeva , müəllim ,
89. Aynur Səfərəliyeva , əczaçı ,
90. Mehman Əliyev , müəllim ,
91. Müşfiq Məmmədov , müəllim , Qarabağ müharibəsi veteranı ,
92. Afət Axundova , müəllim ,
93. Səadət Həşimova , təqaüddə olan həkim ,
94. Elməddin Şəfəqqətov , müəllim ,
95. Əbülfət Axundov , aktyor ,
96.Hacı Zabit Talıbov , həkim,
97. Xalidə Vaqifqızı Rəhimova , müəllim , şair ,
98.Nuranə Həmidova , müəllim ,
99.Yalçın Heydərli, müəllim ,
100. Kazım Kazımov , iqtisadçı ,
101. Eldar Quliyev , müəllim ,
102. Aytən Əliyeva , müəllim ,
103. Mais Mənsimov , həkim ,
104.Surxay Məmmədov , müəllim ,
105. Rəhilə Məmmədova , müəllim ,
106. Zöhrab Məmmədov , müəllim ,
107. Müşfiq Cəbiyev , yazar ,
108. Nüşabə Baxşıyeva , müəllim ,
109. Kamil Qurbanov , müəllim ,
110. Rəşad Bağırov , müəllim ,
111. Məhərrəm Qəmbərov , müəllim ,
112. İntiqam Mirzəyev , müəllim ,
113.Mehparə Səfərova , müəllim ,
114. Reyhanə Tağıyeva , müəllim ,
115. Namiq Ağayev , müəllim ,
116.Mətanət Yəhyayeva , müəllim,
117.Aida Qulamova , müəllim ,
118. Azad Mehdizadə , müəllim ,
119. Azər Ələsgərov , mühəndis-mexanik ,
120 .Camal Axundov , müəllim ,
121. Azad Qəmbərov , ehtiyatda olan hərbi qulluqçu ,
122. Mətanət Babazadə , müəllim ,
123. Elçin Abışov , rabitəçi ,
124. Qədir Axundov , müəllim ,
125.Əfran Sucayev , müəllim ,
126. Seyran Ağayev , müəllim ,
127. Cəmilə Rəsulova , müəllim ,
128. Əvəz Nuriyev , müəllim ,
129. Nəriman Rəhimov , mühəndis ,
130. Azad Abdullayev , müəllim ,
131. Vurğun Axundzadə, müəllim ,
132. Şahin Məmmədli , mühəndis ,
133. Ziya Abdullayev , həkim ,
134. Talıb Bağırov, həkim- kardioloq ,
135. Vüqar Fəttayev , neft mühəndisi ,
136. Əfqan Nəhmətov , kiçik iş adamı ,
137. Ramiz Babacanov , müəllim ,
138.Eldar Quliyev , müəllim .
Müstəqil.Az
Share: