Xan kimi qürurlu xalq artisti

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Deyir ki, – “Elə vaxtlarım olub ki, evə çörək, özümə siqaret almağa pulum olmayıb. Əziyyət çəkmişəm, içimdə qovrulmuşam, amma ruhdan düşməmişəm”…

 

Öz prinsipləri ilə yaşayan insandır: Heç vaxt heç kimin xətrinə dəyməz, arzu olunmadığı yerə getməz, bir də ki, qadın rolunu oynamaz. Səsi aktyorlar arasında nadir səslərdən biri- bas baritondur. Xarakterli adamdır. Özünəməxsus xüsusiyyətləri ilə seçilir. Yaratdığı obrazların hamısını ürəklə ifa edib. Bəlkə də bu səbəbdəndir ki, ürək əməliyyatı da keçirib…

1953-cü ildə Bakının Balaxanı kəndində dünyaya gəlib. Bu kənddə böyüyüb boya-baş çatıb. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 1976-ci ilin yanvar ayından H.Ərəblinski adına Sumqayıt Dövlət musiqili-dram teatrının truppasına qəbul olunaraq iyirmi il orada çalışıb. Sonra beş il Bakı Bələdiyyə Teatrında işləyib. 2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının aktyorudur. 2002-ci ildə əməkdar artist, 2019-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb…

…Ömür-gün yoldaşı Nina xanım bir müddət bundan öncə vəfat edib. İki övladı var. Oğlu Fərhad SOCAR-ın mətbuat xidmətində çalışır, həm də rejissordur. Qızı Rəhilə xanım isə ailəsi ilə birlikdə qardaş Türkiyədə yaşayır…

Teatr səhnəsində ifa etdiyi rolların sayı-hesabı çoxdan itsə də, indiyədək qırx beşə yaxın film və teleserialda çəkilib. Yaddaqalan rolları çoxdur. “Arvadım mənim, uşaqlarım mənim” adlı filmdə Şamil, “İsmayıl bəyin mücrüsü”ndə Ata, “Qorxma, mən səninləyəm”də Məmməd, “Atları yəhərləyin”də Qurd Kərim, “Alman klinikasına şəxsi səfər”də Qafarov, “Yük”də aktyor, “Sonuncu döyüş”də Polis mayoru və sairə…

Deyir ki,- “Yeni gələn aktyorlara bir töfsiyəm var. Sənəti özlərindən çox sevsinlər. Bir-iki rol oynayandan sonra özlərini sənətkar kimi qələmə verməsinlər. Aktyor illərlə teatrın tozunu uda-uda, zaman-zaman yetişib sənətkar olur”…

Bəli, haqqında söhbət açdığım Kazım Abdullayev sənətkardır. Adil İsgəndərov kimi böyük aktyorlardan dərs alıb. Bu zirvəyə yetişmək üçün uzun illər yol gəlib. Teatrda Cavad xanın, İbrahim xanın, sənədli filmlərdə Kəlbəli xanın, Cavanşir xanın obrazlarını canlandırıb. Hərəsindən bir keyfiyyət əxz edib. Nəticə göz qabağındadır, xan kimi məğrur, qürurlu, ağayanə insandır…

Aprelin 6-ı xalq artisti Kazım Abdullayevin növbəti ad günüdür, 67 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.
Yeni yaşınız mübarək!

Elman Eldaroğlu

91 baxılıb
mersin escort