“Meyvəli bazar”da anbarları su basdı – AÇIQLAMA+VİDEO

Sədərək Ticarət Mərkəzi yaxınlığında kanalizasiya boruları partlayıb.

Oxu.Az-ın məlumatına görə, ötən gecə baş verən hadisə nəticəsində “Meyvəli bazar”ın anbarlarını su basıb.

Hadisə nəticəsində sahibkarların mallarına ciddi ziyan dəyib.

Məsələ barəsində əməkdaşımız “Azərsu” ASC ilə əlaqə saxlayıb.

ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı saytımıza açıqlamasında bildirib ki, orada qurumun heç bir infrastrukturu yoxdur: “Orada ASC- yə məxsus kanalizasiya xətti, kollektoru yoxdur. Çox güman ki, baş verən hadisə dünən yağan yağışla bağlı olub”.

Həmin görüntüləri təqdim edirik:

Müstəqil.az

Share: