“Hizbullah”ın komandiri öldürüldü

“Hizbullah”ın komandirlərindən biri – Məhəmməd Əli Yunis öldürülüb. “Qafqazinfo” “Lenta.ru”ya istinadən bildirir ki, bu barədə “Əl-Hadas” telekanalı xəbər verib.

Mənbənin məlumatına görə, aprelin 4-də Yunis Livanın cənubunda öz avtomobilində ölü vəziyyətdə tapılıb.

Qətli törədən insanların adları açıqlanmır.

 

Müstəqil.AZ

Share: