“Səngərdə bitən ömür…” – Aysel Nəsirzadə şəhid Müşfiq Orucov haqqında yazır…

Müşfiq
Şəhid sözü qarşısında qəribə duyğular yaşayır insan. Həm ana bağrından yenicə qopan, yarım qalan gənc ömrü, həm də vətənin yetişdirdiyi bu cür mərd oğullara görə sözlə ifadə oluna bilməyən dərin bir hüzün və qürur hissi yaşayırsan.
Muşfiq bu hissləri bizə yaşadan gənc şəhidlərimizdən biridir. Zəngilan rayonundan məcburi köçkün düşərərək, Bakı şəhərində müvəqqəti məskunlaşmış ziyalı ailədə 1994-cü il sentyabrın 18-də dünyaya göz açan Muşfiq körpəlikdən vətənpərvər ruhda böyüdülmüşdü.
Ailənin gözünün ağı-qarası bircə oğlu olan Muşfiq həmişə ailəsinə layiqli övlad olmağa çalışırdı. Məcburi köçkün həyatının verdiyi çətinliklərə, yataqxana şəraitində yaşamaqlarına rəğmən dərslərinə xüsusi diqqət ayırmış yorulmadan çalışqanlıq göstərərək , Zəngilan rayonu 7 nömrəli orta məktəbinin həmişə seçilən, fəal şagirdlərindən biri oldu. Bəlkə də məhz cüclü elm, savad, düşüncə tərzi və ailədən gələn tərbiyyə onda milli mənlik şüurunu erkən yaşda formalaşdırdı.
2011 ci-ildə Muşfiq Orucov həmin məktəbi əla qiymətlərlə bitirərək qəbul imtahanında ən yüksək balı – 700 bal toplayaraq Azərbaycan Texniki Unverstetinin Avtomatika və Kompyüter texnikası fakultəsinə qəbul olmuşdu. Unversitetdə oxuyan zamanlarda ailəsinə maddi cəhətdən dəstək olmaq üçün dərsdən sonra gedib əlavə işlərdə çalışmışdı. Çalışqanlığı, biliyi, savadı, vətənpərvərliyi və təbii ki, yaraşıqlı olması ilə həmişə fərqlənən Muşfiqi bir də Uca Allah əbədiyyən şəhadət zirvəsinə ucaltdı.
2015-ci ilin iyul ayında Zəngilan rayonu Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılan Muşfiq Naftalan şəhərində hərbi xidmətdə olmuşdu. Hərbi xidməti bitirib ailəsinin yanına qayıtmağına 3 ay qalırdı ki, 2016-cı il aprelin 3-dən 4-ə keçən gecə Tərtər istiqamətində Talış kənd yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Oğul toyunu görməyi xəyal edən ailəyə bayrağa bükülmüş tabutu təhvil verdilər. Aprelin 5-i şəhidimiz Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbirstanlığında torpağa tapşırıldı. Savadlı şəhidimizin bizlərdən uzaq düşməsi aramızdan bir nəfərin qəlbinə lap ağır zərbə vurubmuş. Şəhidin dəfnindən bir müddət sonra məzarı üstə bir məktub tapılır – qəlbinin dərinliyində, hər kəsdən gizlətdiyi sevdalısı ilə və son görüşləri şəhidin məzarı başında oldu…
Cənnət qoxulu şəhidimiz Muşfiq Orucov şəhadətindən sonra “Vətən uğrunda” medalı ilə təltif olundu.
AYSEL NƏSİRZADƏ
Müstəqil.Az
Share: