Hidayət Elvüsal Qırmızı Aypara Cəmiyyətinə iradını bildirdi…

“Qırmızı Aypara Cəmiyyəti bu ağır gündə nə ilə məşğuldur, yığdığı pullar nəyə xərclənib..?”

 Müstəqil.Az bildirir ki, bu sözləri tanınmış jurnalist Hidayət Elvüsalın özünün feysbuk səhifəsindəki divarında  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yarıtmaz işi haqqqında fikirlərini bildirərkə qeyd edib  bildirib:
 
“Sel gəldi, camaatın yurd-yuvasını yudu – görünmədi.
Torpaq uçqunları baş verdi – görünmədi.
Bir sözlə, varlığını hiss etmədik.
İndi də bu koronavirus – görünmür.
Halbuki, hamıdan, hər kəsdən qabaq bu qurum hadisələrin mərkəzində olmalı idi.
QIRMIZI AYPARA CƏMİYYƏTİ ni deyirik.
Ona rəhbərlik edən Novruz Aslana hörmətimiz var. Gözəl bəstəkardır, unudulmaz həmkarımızın övladıdır.
İndi desələr ki, filan-filan işləri görmüşük, sizin xəbəriniz yoxdur – keçməz. Bu cəmiyyət gizli xidmət servisi deyil. Xəbər verilməlidir və hadisələrin mərkəzində olmalıdır. Çünki, bu qurum məhz belə ekstremal hadisələrdə fəaliyyət göstərmək üçün yaradılıb, gizlənmək üçün yox!
Müstəqil.Az
Share: