Bakıda kişi özünü səkkizinci mərtəbədən atdı

Bakının Yasamal rayonu Talıblı küçəsində kişi özünü doqquzmərtəbəli binanın səkkizinci mərtəbəsində yerləşən pilləkən meydançasından ataraq intihar edib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə aprelin 3-ü, saat 14:15 radələrində baş verib. İntihar edənin şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Onun zahiri görünüşü 50-60 yaşlarındakı kişini xatırladır.

İlkin məlumatlara görə, kişi intihar etdiyi evdə yaşamayıb.

Faktla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Share: