Koronavirus beyinə də ciddi zərər vura bilər

ABŞ nevroloqlarının müşahidələri nəticəsində məlum olub ki, koronavirus bəzi xəstələrdə ağciyərlərdən əlavə beyinə də ciddi ziyan vurub.

“Müstəqil.Az” “Dailymail”ə istinadən xəbər verir ki, onlar bəzi koronavirus xəstələrinin beynində ciddi patologiyalar aşkar edib.

ABŞ-da 74 yaşlı koronavirus xəstəsinin nitq qabiliyyətini itirdiyi və xəstənin beyni araşdırıldıqdan sonra beynin bəzi hissələrində anomal şişlik və hüceyrə ölümü aşkar edildiyi bildirilib.

Həmçinin Detroyt ştatında 50 yaşındakı qadın pasiyentin beyninin skanı nəticəsində infeksiyanın beyində hüceyrə ölümlərinə səbəb olduğu ortaya çıxıb.

Pitsburq Universitetinin Tibb Fakültəsindən  Dr. Şerri Çou bu istiqamətdə araşdırmaların həyati əhəmiyyət daşıdığını açıqlayıb: ‘Beyin üçün tənəffüs aparatı yoxdur. Ağciyərlər zədələndikdə, xəstəni respiratora bağlaya bilərik. Eyni seçim beyin üçün mövcud deyil’,-deyə o qeyd edib.(Qafqazinfo)


Share: