Cəlilabad RİH başçısı xüsusi karantin rejiminə nəzarəti gücləndirdi – Foto

Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın son göstərişlərinə uyğun olaraq, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri Cəlilabad rayonunun Göytəpə şəhərində də operativ şəkildə icra olunur.

“Qafqazinfo” xəbər verir ki, ötən gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, başçının müavinləri Göytəpə şəhərində olub, fərdi izahetmə-xəbərdarlıq işləri apararaq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə edib. Namiq Zeynalov bildirib ki, hazırkı şəraitdə bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları görülən işlərə dəstəyi vacibdir. Bu səbəbdən də Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır. İcra başçısı zərurət qarşısında qalaraq evdən çıxan sakinlərə ehtiyatlı davranmağı, qoruyucu maska və əlcəklərdən istifadə etməyi tövsiyə edib.

Bununla barəbər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə fəaliyyətlərinə məhdudiyyət müəyyən edilmiş bir sıra sahibkarlıq subyektlərinin tələblərə əməl etməsi vəziyyətini öyrənmək məqsədilə müşahidələr aparılıb.

Cəlilabad Rayon İcra Hakimiyyəti Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq koronavirusa qarşı mübarizənin gücləndirilməsi üçün bütün zəruri tədbirləri görür, əhali arasında izahat işlərinin aparılmasına, yaşayış məntəqələrinin dezinfeksiya olunmasına, karantin tədbirlərinin tələblərinə əməl olunmasına prioritet məsələ kimi baxır.



Share: