“Bu qədər olanlara gücüm çatmır, Etirafım olacaqdı qurtuluşum…”- Aysel Nəsirzadə

*********
Pandoranın boş qalan qutusundakı ümid qədər,
Yol gözləyən insanların ahın udmuş söyüd qədər,
Anamın yollarımı kəsən,
Verdiyi hər öyüd qədər
Mənasızam,
      uğursuzluqla doluyam.
Hər arzuma iməkləyə- iməkləyə çataçatda
Göstərdiyim dönüklüyə,
Ruhsuzluğa,sönüklüyə acıqlıyam.
Öz içimdən için -için məhv oluşum,
Heç bir dərdim yoxmuş kimi,
Göstərdiyim bu duruşun.
Bu qədər olanlara gücüm çatmır,
Etirafım olacaqdı qurtuluşum…
Mən əslində Allahın ən gücsüz bəndəsi,
Həm də ən aciz quluyam…
Aysel Nəsirzadə
Müstəqil.Az
Share: