Bu ölkədə pandemiya sürətlə azalır

Böyük Britaniyada yeni tip koronavirusla bağlı küçəyə çıxmaq qadağasının tətbiq edilməsi öz töhfəsini verməyə başlayıb.

Axar.az xəbər verir ki, London Gigiyena və Tropikal Tibb Məktəbinin elm adamları internet üzərindən 1300 nəfərə sorğu göndərib. Bəlli olub ki, əhalinin 70 faizi öz qohumları, dostları, qonşuları ilə təmasda olmur. Buna görə də pandemiyaya yoluxma sayında sürətlə azalma müşahidə edilir.

Qeyd edək ki, Böyük Britaniyada pandemiyaya yoluxanların sayı 30 minə çatıb. Bu günə kimi ölkə üzrə 2350 insan virusun qurbanı olub, 135 nəfər isə sağalıb.

 

Share: