İnanıram ki, bir gün Cənubi Qafqazın gerçək lideri olacağıq – İqbal AĞAZADƏ

Ümid Partiyasın sədri İqbal Ağazadə 2 aprel, Kəlbəcərin işğalı ikı bağlı özünün Feysbuk sosial şəbəkəsindəki səhifəsində münasibətini bildirib:

“Bu gün – 2 aprel tarixi Azərbaycanımız üçün qara hərflərlə tarixə yazılan gündür. 27 il öncə təbii sərvətləri, zəngin təbiətilə Kəlbəcər işğal olundu mənfur düşmənlər tərəfindən.

Bu gün həm də 2016-cı il 2 aprel tarixində işğaldan azad edilən kənd və strateji yüksəkliklərlə yanaşı, ağır itkilərimiz də oldu – ŞƏHİDLƏR verdik. Allahdan şəhidlərimizə rəhmət diləyir, Vətən yaşasın, Vətən sağ olsun deyirəm.

İnanıram ki, biz bir gün mütləq Şuşada, Kəlbəcərdə, Laçında bayrağımızı dalğalandıracağıq.

İnanıram ki, bir gün Göyçə gölünün dumduru sularına tamaşa edəcəyik.

İnanıram ki, bir gün Cənubi Qafqazın gerçək lideri olacağıq – ədalətli, demokratik, güclü və güvənli vətənimiz olacaq… Niyə də olmasın?! Cəmiyyətimizin ən ümdə arzusu bu deyilmi? Arzulayırıqsa, edəcəyik – ümidlə o günü gözləyir, Ümidlə o günə gedirik…

Mütləq olacaq! Söz!”

Share: