“SARVANSIZ ZAMANLAR…”- Sadıq Qarayev

SARVANSIZ ZAMANLAR

esse
***

Yazı qardaşım Qarayev Sarvanın, dostlarım Bağırov Rizvanın, Hüseyinov Tağının, dostumun övladı Əliyev Yəhyanın və onların timsalında vaxtsız dünyasını dəyişən qardaşların əziz xatirəsinə ittihaf olunur.
***

Yarpaqları budaqlarda,budaqları ağaclarda,ağacları isə meşələrdə, “maksimum günəşə tərəf ” nizami ilə düzən, elm və nur sahibi məcidlərini , müqəddəs yerlərini tövbələri qəbul etməyəcək qədər qəzəbindən insanların üzünə bağlamışdır. O insanın ki, bütün yaratdıqlarından ustün tutmuş, yer üzündə nə varsa onun üçün yaratmış, materiyanın ən ali qurluş və kamil mahiyyetlisi olan nurlu beyini ona vermiş qüdret və elmindən bir hissəsini orada yerləşdirmiş, işıqlandırmışdı.
İnsan beyinləri qaranlıq kainatdakı işıqlı ulduzlar kimi, zamanələrin karvanını əvvəlcədən müəyyən edilmiş təkamül yolu ilə aparan Sarvanlar olmuşdur.Yəni, insanlığın bütün zamanlarının karvanını ağıl, idrak,təxəyyül, fantaziya və mühakimə mənbəyi olan beyin Sarvan kimi çəkib aparmışdı.
Nə qədər ali, kamil və işıqlı olsa da bütün yaradılmışlar kimi ikili mahiyyətli olan beyinin həm işıqlı, həm də qaranlıq, xeyir və şər, atomun tərkibi kimi müsbət və mənfi təzahürləri, inikas formaları vardır. Hər işıq boyda mütləq bir qaranlığın da ayrı var olduğundan,sarvanlar müxtəlif zamanlarda bəşəriyyət karvanını həm işıqlı, həm də qaranlıq yollarda aparmışdır. Gecı və gündüz karvan getmişdir. Ancaq bütün hallarda təkamül yolu ilə getmişlər.Çünki yol Sahibi buna nəzarəti hər an diqqətdə saxlamışdır. Zərrədən külli kainata qədər, hər Plank məsafəsini, o ölçüdə olan hadisələri Plank zamanında nəzarətdə, tarazlıqda saxlayan, bütün növ sahələrin, qüvvələrin, enerjilərin mənbəyi olan qüdrət Sahibi , zamanların ali, əzəli və əbədi Sarvanıdır.
İnsan beyninin sarvan olduğu zamanlarda bəşəriyyətin karvanı müxtəlif svilizasiyalardan, ictimai formasiya quruluşlarından keçmişdir. Ancaq hər dəfə yeni elmi biliklərə, texnologiyalara yiyələndikcə beyinin işıqlı tərəfi ilə yanaşı, qaranlıq tərəfi də karvanın başına keçmişdir. Karvanın ovsarı üzərində xeyirlə şərin, qaranlıqla işığın mübarizəsində bəzən hər ikisi yıxılmışdır. Ovsar boş, karvan isə sahibsiz qalmışdır. Sarvansız zamanlarda bəşəriyyəti müharibələr yaxalamışdır? Xeyir! Müharibələr, inqilablar ümumi təkamülün yolunda olan qaçılmaz hadisələrdir.
Sarvansız zamanlar isə beyinin işıq və qaranlıq, xeyir və şər tərəflərinin güclərinin bərabərləşdiyi, bir- birini söndürdüyü vaxtlardır. Bu vaxt zamanların Ali Sarvanı yeni nizam yaratmaq üçün müdaxilə etmiş, təbii fəlakətlər, qeyri- adi hadisələrlə sahibi olduğu, insan ağlına gəlməyən aləmlərinin vasitəsilə karvanl digər müstəviyə keçirmişdir.
Koronovirus bəşəriyyətin yeni müstəvidə təkamülünü davam etdirmək üçün görünməz aləmlərdən birinin hadisələrdə iştirakıdır. Onun ortaya çıxmasını beynin işıq və qaranlıq tərəfinin sarvanlıq uğurunda mübarizədə bir- birlərini söndürmələri zəruri etmişdir.
XX əsrin sonlarından başlayaraq elm və texnikanın görünməz müstəvidə , sürətli inkişafından həm beynin işıqlı , həm də qaranlıq tərəfi yeni güc almışdır. Bəşəriyyət kapitalizmdən sonrakı yeni ictimai farmasiya qurluşuna qədəm qoymuşdur. Fərdlər, ailələr, xalqlar və dövlətlərin qarşılıqlı münasibətlər sistemi yeni müstəviyə keçmişdir. Bu müstəvidə qaranlığın , şərin də güclənməsi təmin olunmuşdur.
Bu güc azalmalı idi. Beyin işığı buna nail ola bilmədiyindən , Tanrı özü müdaxilə etmişdir. İnsan məntiqi ilə onun bizə belə dediyini təxmin etmək olar:
“- Girin evlərinizə, sizi görməyim! Hələlik öz evlərimdə, müqqədəs yerlərdə sizi görmək, tövbələrinizi qəbul etmək istəmirəm! Qürrələndiyiniz elmlə tapın görünməz aləmimin törətdiklərinə əlac! Oturun uğurunda hər cür əməllər etdiyiniz o daşlar, betonlar, metallar arasında! Mənim elmimi, qüdrətimi inkar edib, öz adınıza çıxdıqlarınızla yerimdə, dənizimdə, göyümdə gedənlərə minməyin.! Onsuz da mənim yaratdığım, hakim olguğum, sizin riyaziyyat, fizika, kimya, biologiya dedikləriniz qanunlar olmasa idi, heç nə, bir atom da yarada bilməzdiz…
Sizə beyin verdim ki, elmimdən öyrənin. Öyrəndiklərinizi işıqlı tərəfə yığın… Ancaq siz xəstəxanalar yox göydələnlər, elm ocaqları yox
yemək, əylənmək yerləri tikdiz.. Alimlərimi, yer üzündə işıqlarımı ələ saldız, ac saxladız, indi onlardan nə istəyirsiniz? Gedin siyasətçilərdən, artistlərdən, kapital sahiblərindən nur istəyin!
Sizi sınaq üçün , sizə ehtiyacı olan yeni doğulmuş xəstə uşaqlara az miqdar oksigeni, dərmanları xəstəxanalarda, adi suyu mağazinlərdə necə və neçəyə satırsınız? Görmədizmi mən sizə nə qədər oksigen, hava su, ruzini necə səxavətlə və asan verdim? Bunları düşünmək, özünüzü dərk etmək, yenidən format etmək üçün oturmalı, sükunətə yaxınlaşmalısınız!
Siz deyilsiniz qüdrət əlimlə yartdığım torpağın, bitirdiyim otların üdtünü betonlayıb, “bura mənimdir” deyən? Hardan sizin oldu? Heç bir aləmimdə öz həcminizdən artıq məkanım sizin deyil.! O məkanda mövcudluğunuza icazə verilmişdir! Siz deyilsiniz ağaclarımı kəsib, bitkilərimi məhv edib, təbii sistemi pozub restoranlar, otellər, hərbi hissələr tikib özünüzü və mənim məkanlarımı murdarlayan? Siz deyilsiniz sularımın qabağını kəsib, torpağımı zəhərləyib , yaratdığım yerdə, göydə , suda olan canlılarımı məhv edən? Bəs mənim aləmlərimin necə bir- birilə əlaqəli olduğunu, edilmiş təsirin əks -səda verəcəyini bilmirdiz? İndi o məkanlarda gəzin baxım.! Görünməz aləmim ancaq siz insanları o məkanlardan qovmuşdur. Digər canlılarıma qadağa yoxdur..
Dünyada hər şeyi sizin üçün yaratdım. Hələ təkcə orada sizin on mislinizə çatacaq qədər maddi nemətlər, təbii sərvətlər vardır. Bunlar hamı üçün bərabər nəzərdə tutulmuşdur. Siz cığallıq etdiz! Özünüzə çox götürmək üçün Xocalıda, Yaxın Şərqdə, Afrikada, dünyanın hər yerində uşaqları, köməksizləri öldürmədiniz? Verdiyim ruziləri abarlarda yığıb, bəndələrimi acından , suzundan öldürmədiniz? Özünüz artıq yeyib, görünməz aləmlərimə məkan olub, fiziki, mənəvi təbii qurluşunuzu pozmadınız? Elə bilirdiz zavalıllarımın sahibi yoxdur, görmürəm, şikayətlərini eşitmirəm? Bahalı aftomobillərdə, komfortlu, sərin otaqlarda gün keçirən, boynu və buxağı ət basmışlar oruc tutmaqla məni aldatdıqlarını zənn etdilər? Ya minindən oğurlayıb, birini doyduranlar savab işlərini yazmağıma güman etdilər? Bir savabın üzərində körpüdən keçəndə, min əlin onları dartıb dəhşətli məkana salacaqlarını fikirləşmədilər? Oğurladıqca mənəvi çöpə, cisman şişmana dönənlər özləri ilə isti qum üzərində, dəri və sünükdən ibarət olan, mənə baxanların fərqini bilmədiyimi zənn etdilər? O virusların- görünməz aləmimin somalidəki dəri- sümük uşaqlarla əlaqisi yoxmu sanırsız? Var.! Bütün aləmlərim vəhdətdədir. Bu vəhdətin mexanizmləri möhtəşəmdir,mənim yanımdadır.!
Oturun evlərinizdə! Təmizlənin, təkləşin, xüsusiləşin, xaotik dünyanızı nizamlayın, həqiqətə tərəf mənəviyyatınızı istiqamətləndirin.! Çox və sizə aid olmayan küçələrə meyil salmışdınız! Düşünün: Hansı qüvvə sizi bu qədər gəlirinizdən, kefinizdən mərhum edə , küçəyə çıxmağınızın, səfərlərinizin, gəzməyinizin, əylənməyinizin, oğurlamağınızın.. daha nələrin qarşısını ala bilərdi?? Müharibə, inqilab edərdiniz! Görünməz aləmlərimdən biri bunu etdi.! Valideyinlərinizin, övladlarınızın, insan sahiblərinizin, ordularınızın edə bilmədiyini görünməz taclı karallar etdi.
Oturun evlərinizdə ! Düşünün hər şeyi! Oturun evlərinizdə , uşaqlarınız sizi doyunca görsün həyat yoldaşlarınızı, yaxın insanlarınızı daha yaxşı tanıyın.Bir az təmizlənin.Düşünün həqiqətə yaxınlaşın,onu dərk etməyə çalışın.
Elə zənn etməyin ki, bu virusu hansısa birininiz yaratmısınız! Siz yaratdığınız bu qədər yayıla biıməzdi.Mənim yaratdığım təbiətin müdafiə sistemi vardır və istənilən yad canlını məhf edərdi.Siz yaratdığınız, daha doğrusu mən yaratdığım üzərində etdiyiniz dəyişiklik mənim aləmlərimdə yaşaya bilməzdi.İcazəmsiz ən ali varlıqlarımı məhf edə bilməzdi.Siz heç vaxt özünüz canlı yarada bilməzsiniz. Çukki, siz yaratdıqlarınız təxmini məntiqlə yaradılanlardır. Sizə bu qədərinə icazə verilib.O tərəfə keçə bilməzsiniz.Canlıları isə biz real və dürüst məntiqlə yaratmışıq.Onun nə olduğunu siz bilmirsiniz..”
Təbii ki, bu dediklərimiz insan məntiqi ilə təxminən ehtimal olunan ,zamanələrin Ali Sarvanın bizə deyə biləcəkləridir. Daha doğrusunu isə Allah özü bilir.
Təbiətdə hər hansı bir canlı növünün sürətlə çoxalması , ümumi tarazlığın pozulmasına imkan verilmir. Çoxalma və azalma dalğavari prosesdir. Sürətlə çoxalmanın qarşısını bir çox hadisələr alır, tarazlıq pozulmur. İnsanlar aləmində bu müharibələr, xəstəliklər və ya təbii fəlakətlərlə tənzimlənir. Bu virus məsələsi də təbii fəlakətdir. Təsadüfü deyilki , bütün zamanlarda olduğu kimi insanların sıx məskunlaşdığı yerlərdən başlayıb, oxşar regionlarda yayılır.
Koronaviruslar da sonsuza qədər çoxala bilməzlər. Prosrsin pik nöqtəsindən sonra, enmə, sönmə müşahidə ediləcəkdir. Təbiət özü onun qarşısını alacaqdır. Canlıların yayılma arealını ən çox limitləşdirən Günəşdir. Ekvatora yaxın ölkələrdə bu virus az yayılıb. Günəş şüalarının spektirində olan, müxtəlif dalğa uzunluq tezliyinə malik olan dalğalar düşmə bucağından asılı olaraq , dəyişkən təsir göstərirlər.Bütün növ mikroorqanizmlərə, o cümlədən viruslara düz bucağa yaxın düşən günəş şüaları, quraqlıq və istilik öldürücü təsir göstərir. Eyni zamanda, günün. uzunluğunun artması bu virusların inkişaf dinamikasına mənfi təsir edəcək.Başlıcası günəşin intensivliyi virusların qurluşunda yeni təkamülə səbəb olacaq, mövcüd mahiyyəti dəyişəcək, onlar ən azı keçici olmayacaqlar.İnsan orqanizmində bu viruslara qarşı immulitetin yaranmasıda ehtimal oluna bilər.
Bitkilərin yeni açılmış yarparqları, əmələ gələn çiçəklər və yeni zoğlarında ontogenezi sona çatdırmaq üçün çox güclü enerji mənbəyi və müdafiə sistemi vardı.Və hər bir yarpaq, cavan zoğ , çiçək ətrafında xüsusi sahə vardırki, bu da yad mikroorqanizmlərə öldürücü təsir göstərən təkamüldə yaranan müdafiə sistemidir. Həmçinin bir çox bitkilər vegetasiyanın erkən dövründə ətrafa mikroorqanizmlərin öldürən xususi efirli maddələr yayırlar. Demək hər bir cavan zoğ, yarpaq , çiçək viruslar üçün maniə, məhfedici məkandı.Bütün bunları nəzərə alsaq, may ayının axırlarından başlayaraq koronavirusların günəşin və bitkilərin sayəsində məhf olmağa başlayacağına , iyulun axırlarında isə kəskin azalacağına ehtimal etmək olar.
Təmizliyə riayət , sosial izolliyasiya və bəşəri həmrəylik nəticəsində hələlik prosesin qarşısını nisbətən almaq olar. Xəstəlikdən sağalan insanların qanının müxtəlif elementlərindən, vaksin hazırlamaq xəstə insanın öz orqanizmindən özünə qarşı istifadə etməklə və digər uğurlu tədqiqatların nəticələri ilə xəstəliyin qarşısının alınması gözlənilə bilər.
Bəlkədə insanların özünə gəlmək özünü dərk ailə daxili xalqlar arasında qlobal həmrəyliyi təmin etmək üçün sükunət nöqtəsinə yaxınlaşmağı təmin edəcək bir vasitəyə ehtiyac var idi.
Zamanələri Ali Sarvanı bəşəriyyətin karvanını ovsarını görünməz aləmindən alıb, yeni müstəvidə İnsanın beyninin daha da işıqlanmış, güclənmiş tərəfinə təslim edəcəkdir. İNŞALLAH.
29.03.2020

Sadıq Qarayev

Müstəqil.Az

La imagen puede contener: 1 persona, primer plano
La imagen puede contener: 2 personas, personas de pie
Share: