“İnsanlar bundan sonra anlayacaqlar ki, sən demə, dünyada ən yaxşı şey can sağlığı imiş…”

Bu gün tanınmış oftalmoloq, şair Paşa Qəlbinurun doğum günüdür. O, 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olub.
P.Qəlbinur Moderator.az-a açıqlamasında doğum günüylə bağlı öz xoş təəssüratlarını bölüşüb:
“Diqqətiniz üçün çox sağ olun. Bildiyiniz kimi koronavirus epidemiyasına görə mən də qaydalara riayət edib evdə qalıram. Doğrusu, evdə darıxmıram, yaradıcılıqla məşğul oluram, kitablar oxuyub, yazılar yazıram. Bu günümü elə ailəmlə birlikdə keçirəcəm, çünki bildiyiniz kimi vəziyyət elədir ki, insanlar bir-birinin evinə get-gəl etmirlər”.
Oftalmoloq kirinavirus epidemiyasına görə insanların gigiyenik qaydalara riayət etməsinin vacibliyini vurğulayıb:
“İnsanlar bundan sonra anlayacaqlar ki, sən demə, dünyada ən yaxşı şey can sağlığı imiş, bunu Səməd Vurğun şeirində də deyib. Ancaq bununla yanaşı, qədimdə bizim babalarımız, nənələrimiz əllərini tez-tez yuyardılar. İndi elə bil ki, bu gigiyena qaydaları bir az unudulmuşdu. Sanki nənə-babalarımız buna daha çox riayət edirdilər, nəinki biz. İlahi bunu da bizim yadımıza saldı ki, təmizliyi yaddan çıxaqmaq olmaz. Bundan başqa insan gərək öz potensial imkanları səviyyəsində işinə diqqət etsin, həm də Allahına hər gün şükür etsin ki, sağdır, hər gün işə gedib-gəlir. Əli Kərim yazırdı ki, “Nə xoşbəxt imişəm bir zaman, Allah, İşə getməyim də xoşbəxtlik imiş…”.
Share: