“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi “Evdə qal, kampaniyasına qoşulur

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin birlikdə keçirdiyi “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulub və koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə başladılan bu kampaniyaya dəstəyini ifadə edir.

Bu haqda Müstəqil.Az -a məlumat verən İctimai Birliyin sədri Qənbər Qurbanov, “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümummilli yardım təşəbbüsünə qoşularaq ölkəmizdə koronavirusla mübarizə tədbirlərinə töhfə verməsindən bəhs etmişdir.

Eyni zamanda İctimai Birliyin sədr müavini Həbib Misirovun iştirakı ilə, koronavirusla mübarizə tədbirləri çərçivəsində yaşlı insanlara və aztəminatlı ailələrə ərzaq yardımı edilmiş, tibbi maska və spirt paylanılmış, virusdan qorunma haqqında maarifləndirmə işi aparılmışdır. İndi isə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulduğumuzu elan edərək, tərəfdaş qurumlarla birgə ölkəmizi ciddi şəkildə təhdid edən koronavirusla mübarizədə bütün resurslarımızı səfərbər edəcəyimizi və Şuranın başlatdığı layihəni ən güclü şəkildə dəstəkləyəcəyimizi bildiririk.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi hər zaman ölkəmizin maraqlarını öndə tutaraq ümumxalq çağırışlarına dəstəyini ifadə etdiyi kimi, bugün də xalqımızın təhlükəsizliyinin və sağlamlığının qorunması naminə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırdır.

Müstəqil.Az

 

Share: