Əsgərimiz erməni snayperi düz alnından vurdu

Martın 27-də Ermənistan-Azərbaycan sərhədində atəşkəsin düşmən tərəfindən kobud şəkildə pozulması barədə məlumat vermişdik.

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin qəhrəman əsgərinin açdığı cavab atəşi nəticəsində Ermənistan ordusunun müqaviləli xidmət keçən hərbçisi ağır yaralanmışdı. Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti də məlumatı təsdiqləyib.

Müstəqil.Az Musavat.com-a istinadla xəbər verir ki, hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu hadisə barədə maraqlı paylaşım edib. Hərbi ekspert bildirib:

“İş elə gətirdi ki, biz Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyinin icazəsiylə həmin anlarda hadisə baş verən yerin iki addımlığında idik. Və dərhal sərhədçilərimiz tərəfindən ölümcül vəziyyətinə salınan əsgərin kimliyi ilə maraqlandıq. Sosial media üzərindən elə ilginc və maraqlı məlumatlar əldə etdik ki…

Uzun müddət idi ki, Azərbaycanın mərd və qorxmaz əsgərlərinə müxtəlif istiqamətlərdən xaincəsinə atəş açan və bir əsgərimizi yanvarın 7-də şəhid edən erməni snayperi Arsen Alixanyan adlı dığa, bu gün də yenə “qəhrəmanlıq” etməyə cəhd etdi və İGİD sərhədçi əsgərimiz tərəfindən yəqin ki, birdəfəlik sıradan çıxarıldı”.

Ü.Cəfərov bildirib ki, son zamanlar erməni yaramazları DSX-nın ön xətti təmin edən nəqliyyat vasitələrinə davamlı atəşlər açırlar:

“Bu gün də (27 mart – red.) eyni ssenarı üzrə həmən kəskin atıcı Arsen Alixanyan və digər işğalçı qüvvələr saat 12:00 radələrindən başlamaqla Qazax ra­yo­nu istiqamətində Sərhəd Qoşunlarının sərhəd döyüş məntə­qələri və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələrini həm iri çaplı silahlardan, həm də snayper silahlardan istifadə etməklə Ermənistanın Noyem­beryan rayonu­nun Boqanis kəndi yaxın­lığında yerləşən mövqelərindən intensiv atəşə tutdular. DSX-nın rəhbərliyi dərhal Er­mə­nistan silahlı qüvvə­lərinin bölmələrini susdurmaq üçün əsgərlərimizə qəti göstəriş verdi. Və çox qısa bir zamanda adı yuxarıda qeyd olunan yaramaz erməni snayperi düz alnından vuruldu”.

Hərbi ekspert qeyd edib ki, artıq Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi mayor Şuşan Stepanyan hadisəni təqsdiq edib:

“Amma hadisə haqqında bu qadın ətraflı məlumat verməsə də, sosial media vasitəsiylə öyrənə bildik ki, cavab atəşi ilə susdurulan erməni snayperi dərhal İrəvandakl hospitala aparılıb. Ermənistan MN-nin rəsmisi sosial media istifadəçilərinin erməni seqmentinin narahatlığından dolayısı deyib ki, guya xəsarət o qədər də ciddi deyil. Sual olunur: əsgər həqiqətən də yaralanan snayperin vəziyyəti ciddi deyildisə, onda onun nədən təcili Ermənistan paytaxtındakı hərbi hospitala çatdırılmasına zərurət yaranıb və onun başında əməliyyat aparılıb? Hər dəfə olduğu kimi, bu dəfə də Ermənistan MN-nin rəsmiləri ən təcrübəli və qaniçən snayperlərindən birinin sıradan çıxmasını adi hadisə kimi qələmə verməyə çalışırlar”.

Ü.Cəfərov bildirib ki, son günlər erməni əsgərləri xüsusən Tavuş rayonu istiqamətindən DSX-nın mərd və qorxmaz əsgər və zabitlərinə qarşı təxribatlar həyata keçirməyə çalışırlar:

“Lakin görünən odur ki, hər dəfə onlar çox ağır bədəl ödəməli olurlar. Fürsətdən istifadə edib, DSX-nın daima ön xətdə olan general və polkovniklərinə, bütün şəxsi heyətinə möhkəm cansağlığı və uğurlarının davamlı olmasını arzu etmək istəyirəm. DSX rəhbərliyinin düşmənin təxribatlarına qarşı qətiyyətli və düşünülmüş addımları düşməni demorolizə dərəcəsinə çatdırıb. Son vaxtlar elə qürürverici və ürəkaçan işlər görülüb ki, bu haqda inşallah, ayrı bir qeydlərimizdə toxunacağıq. Halal və eşq olsun sizə, o möhtəşəm, misilsiz işlərinizə görə! Qürur duymaq lazımdır əsgərlərimizin ortaya qoyduqları o çoxsaylı işlərlə. Və çox istərdim ki, heç kim də o cür sərt şəraitdə görülən və görüləcək işlərlə bağlı ağız büzməyə cəhd etməsin. KİŞİLƏR gecə-gündüz lazım olanı edirlər və yaxın vaxtlarda elə şad xəbərlər eşidəcəyik ki, düşmən Ermənistan Ordusu ciddi təlatümlərlə rastlaşacaq. Tanrı Azərbaycan əsgərini qorusun!”

Müstəqil.Az

Share: