Virus PKK-nı alt-üst etdi

İclaslar təxirə salındı, yoluxanlar diri-diri ölümə tərk olundu, canlı bombalar hazırlandı

Dünyada geniş yayılan koronavirus İran, İraq və Suriyadakı PKK, PYD və PJAK terror təşkilatına da sıçrayıb.

Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, virusa yoluxan terrorçular müalicə olunmur, əksinə, onlar ölümə tərk edilirlər. Hətta bəzilərindən canlı bomba kimi istifadə olunur. Mənbələrin məlumatına görə, terrorçuların yaşadığı anti-sanitariya şəraiti virusun yayılmasını daha da sürətləndirir. Koronavirusun yaratdığı təşviş təslim olan terrorçuların ifadələrində də yer alıb.

Buna görə də təşkilat virusa yoluxan terrorçuların müalicəsinə vəsait ayırmamaq qərarına gəlib. Buna görə də terrorçulardan bir çoxu təhlükəsizlik qüvvələrinə təslim olmağı üstün tutub.

Virusa yoluxma riskini yüksək qiymətləndirən təşkilat rəhbərliyi bütün toplantıları təxirə salıb. Məqsəd həm də virusun yaratdığı təşvişin qarşısını almaqdır.

Xəzər

Share: