Korona PKK-ya da yayıldı: Yoluxanlar buna məcbur edilir

Yeni tip koronavirus (COVİD-19) İran, İraq və Suriyada fəaliyyət göstərən PKK/PYD terror təşkilatlarının üzvləri arasında yayılmağa başlayıb.

Müstəqil.Az xəbər verir ki, terrorçular arasında antisanitar vəziyyətin hökm sürməsi virusun yayılmasını sürətləndirib.

Koronavirusun yaratdığı panika təslim olan terrorçuların ifadələrində, ələ keçirilmiş sənədlərdə öz əksini tapıb.

Məlumata görə, təşkilat virusa yoluxan terrorçunu öz taleyi ilə baş-başa buraxır. İddiaya görə, pandemiya aşkarlanan terrorçulardan kamikadze olmaq tələb edilir.  /Axar.az/

Share: