Azərbaycanda hərbi xidmətə çağırış bu tarixədək uzadılır

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılır.

Müstəqil.az xəbər verir ki, bu barədə məsələ “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib.

“Tibbi sığorta haqqında” qanuna dəyişiklik, Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında qanuna dəyişiklik, Azərbaycan Respublikası Milli Məclisinin daxili nizamnaməsində dəyişiklik, Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında qanuna dəyişiklik, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsdiq edilməsi haqqında qanuna dəyişiklik və digər məsələlər müzakirə ediləcək.

28 baxılıb
mersin escort