ABŞ koronada Çini də keçdi – Son məlumat

Dünya üzrə koronavirusa yoluxma halı 525 min 605-ə çatıb.

Müstəqil.az xəbər verir ki, ən son məlumata görə, yoluxanlardan 123 min 329 nəfər sağalıb, 23.711 nəfər isə dünyasını dəyişib.

Ən çox yoluxmanın baş verdiyi “ilk beşlik” dəyişib. Belə ki, ABŞ-da bugünkü yoluxmada baş verən kəskin artımla (13.785) ümumi yoluxanların sayı 81.996-ya çatıb və Çini (81.285) üstələyib.

İtaliya 80.589 yoluxma ilə 3-cü, İspaniya 56.347 yoluxma ilə 4-cü, Almaniya 43.646 yoluxma ilə beşinci yerdədir.

Bu gün koronadan ən çox ölüm İtaliyada olub – 712 nəfər. Ümumilikdə isə İtaliya bu virusdan ən çox itki verən ölkədir (8.215).

Ən çox ölüm halı ilə ikinci yerdə İspaniya (gün ərzində 507, ümumi 4.154), 3-cü yerdə Çin (son sutkada 6, ümumi 3.287), 4-vü yerdə İran (son sutkada 157, ümumilikdə 2.234), 5-ci yerdə Fransadır (son sutkada 365, ümumi 1.696) .

ABŞ-da bu gün koronavirusdan ölənlərin sayı 150 nəfər olub (ümumilikdə bu virus ABŞ 1.177 nəfərin həyatına son qoyub).

 

17 baxılıb
mersin escort