Avropanı gözləyən əsas təhlükə

Əgər Avropa ölkələri tibb mərkəzlərinin sayını artırmasa və koronavirusun qarşısını almasa, aprelin ortalarında xəstəxana çatışmazlığı yaşayacaqlar.

Müstəqil.az xəbər verir ki, bu barədə Avropa Xəstəlikləri Qabaqlama və Nəzarət Mərkəzi (ECDC) məlumat yayıb.

“Bu virus Avropada sürətlə yayılır. Əgər bu templə davam etsə, növbəti həftə Avropa ölkələrinin tibb sistemi ciddi böhran yaşayacaq”, – məlumatda bildirilib.

Mərkəz sözügedən ölkələrdə 200 mindən çox insanın bu virusa yoluxduğunu vurğulayıb.(axar.az)

 

Share: