Çindən şok xəbər – İndi də yeni virus can almağa başladı

Dünya koronavirusla (COVID-19) mübarizə apararkən, bu dəfə hantavirus iddiaları sosial mediada gündəmə gəlib.

Müstəqil.az xəbər verir ki, Çinin Yunnan əyalətində avtobusda ölən şəxsin məhz hantavirus daşıyıcısı olduğu iddia edilir.

Son günlər ərzində virus Tvitter sosial şəbəkəsində ən çox müzakirə edilən mövzulardan biri olub.

Hantavirus nədir?

RNT virusu olan hantavirus adını ilk təcrid olunduğu Cənubi Koreyadakı Hantaan çayından alır. Krım-Konqo hemorragik temperatur virusunda olduğu kimi, hantavirus da hemorragik atəş ilə özünü büruzə verir.

Hantavirus necə yayılır?

İnsana yoluxma prosesi siçanların və bəzi gəmiricilərin ifrazının inhalyasiyası vasitəsilə reallaşır.

Simptomları nələrdir?

Yorğunluq, qızdırma, əzələ kütləsində ağrı və qanaxma kimi simptomlar verən hantavirus hipertəzyiq, ağciyər şişi, böyrək çatışmazlığı kimi fəsadlara da yol açaraq ölümcül nəticələrə səbəb ola bilər.

Bundan əlavə, baş ağrısı, başgicəllənmə, qarın ağrısı, ishal və ürək bulanması da bu virusun əlamətləri sırasındadır.

Qeyd edək ki, ötən il Argentinada hantavirusa 26 yoluxma faktı qeydə alınmış, onlardan 9-u həyatla vidalaşmışdı.

Share: