Azərbaycanda sərnişin daşımaları artıb

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda nəqliyyatçılar 310,4 milyon nəfərə və ya 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox sərnişinə xidmət göstəriblər.

Trend-in məlumatına görə, sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 270,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artım qeydə alınıb.

Sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 6,8 faiz artaraq 38,9 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 340,5 min və ya 17,6 faiz çox sərnişin daşınıb, daşımaların 99,7 faizi dövlət, 0,3 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-fevral ayları ərzində 838,2 min sərnişin daşınıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 72,3 faiz artım müşahidə olunub.

34 baxılıb
mersin escort